DİN-dən Vilayət Eyvazovun qardaşı oğlu ilə bağlı açıqlama gəldi

img

19-07-2013 [13:33]


Daxili İşlər Nazirliyi general Vilayət Eyvazovun qardaşı oğlunun 17-ci Polis Bölməsinə rəis təyin edilməsi ilə bağlı yayılan informasiyaya aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan məlumata görə, bu xəbər həqiqəti əks etdirmir. Belə ki, V. Eyvazovun qardaşı oğlu əvvəlki vəzifəsini daşımaqdadır.

Qeyd edək ki, dünən nazir Ramil Usubovun müavini Vilayət Eyvazovun qardaşı oğlunun Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə rəis təyin edilməsi haqqında xəbər yayılıb.

Xatırladaq ki, bu xəbəri mia.az yayıb. N.Eyvazovun yaxın çevrəsindən daxil olan məlumatda isə israrla xəbərin doğru olduğunu iddia olunur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA