Xalq artisti Şəfiqə Axundova vəfat etdi

img

26-07-2013 [12:42]


 Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundovabu gün günorta saatlarında müalicə olunduğu 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Şəfiqə Axundova1924-cü ildəŞəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkənÜzeyir Hacıbəyovdandərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adınaAzərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib.

1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb.1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR