Zəlimxan Yaqubdan 13-cü cild

img

25-07-2013 [16:43]



Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik əsərləri külliyyatının sonuncu – 13-cü cildi bu günlərdə işıq üzü görüb. MİA-ya daxil olan məlumata görə, çoxcildliyi tərtib edən və redaktoru Musa Nəbioğlu bildirib ki, ilk 7 cilddə şairin müxtəlif mövzularda şeirləri, VII-XI cildlərdə 40 poeması, XII-XIII cildlərdə isə Zəlimxan Yaqubun görkəmli ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatımızın digər sahələrinə həsr olunmuş aktual yazıları toplanıb.

Çoxcildlik "Şərq-qərb” nəşriyyatında böyük zövqlə, nəfis tərtibatda nəşr olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA