Tanınmış teleaparıcı İlham Mirzəyev bıçaqlandı

img

24-07-2013 [14:14]



"Space” televiziyasının tanınmış teleaparıcısı İlham Mirzəyev bıçaqlanıb. Bu barədə AzNews.az-a "Space” kanalından məlumat veriblər. Məlumatda bildirilib ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib.

Məlumata görə, hazırda aparıcının səhhəti normaldır. Həkim nəzarəti altında olan İlham Mirzəyev özü isə Azərbaycana dönmək istəmir.

Xatırladaq ki, İ.Mirzəyev ötən ay iyunun 14-də axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən, başqa bir avtomobildən 4 nəfər düşərək onu döymüşdü.

Qeyd edək ki, İ.Mirzəyevlə əlaqə saxlamağa çalışsaq da, aparıcının nömrəsinə zəng çatmadı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA