22-08-2019 [13:41]
"Mən bildirmişdim ki, dəfn mərasimi hökumətin dəstəyi ilə keçiriləcək. Üzrxahlıq edərək siyasi partiyalardan xahiş etmişdim ki, mərasimə qatılmasınlar. Amma mərhumun 3 və 7 mərasimləri "Heydər” məscidində keçirilir. Kim istəyirsə, iştirak edə bilər”.
Mia.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a qəzaya uğrayan MİQ29 təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.
Qabil Hüseynli məlum çağırışına görə tənqid edilməsinə də sərt münasibət bildirib.
"Hadisə baş verən gündən bir dəfə zəng vurmayıblar, maraqlanmayıblar. Amma sonra dəfn mərasiminə şərik çıxmaq istəyirlər. Bu mənəvi haqqı sizə kim verib? Bu sözlərim bütün siyasi partiyalara aiddir”, - deyə keçmiş müşavir bildirib.
Qabil Hüseynli "Bu çağırış hansı zərurətdən yaranmışdı”sualına cavab olaraq deyib ki, onda dəfn mərasiminə siyasi çalar qatılacağı barədə məlumat olub.
"Mən dəfn mərasimini siyasiləşdirilməsinin əleyhinəyəm” deyən keçmiş müşavir məlumatı haradan əldə etdiyini və mərasimə siyası rəng qatmaq niyyətində olanların konkret olaraq hansı təşkilatın olduğunu deməyib.
"Mən 15 il müxalifətin sıralarında olmuşam. Təcrübədən çıxış edərək, dəfn mərasininə siyası rəng qatılacağı barədə ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm. Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər”, - deyə keçmiş müşavir əlavə edib.
Qabil Hüseynli məlum çağırışı hökumətin təhriki ilə etməsi barədə iddiaları əsassız adlandırıb: "Heç bir təhrik olmayıb. Bunu mən özüm etmişəm. Müəyyən məlumatlar var. Hətta hərbçilər mətbuatı da buraxmaq istəmirdilər. Lakin mən buna qarşı çıxdım. Ümumiyyətlə, orada bacardığımı etdim, çox şeylərin qarşısını aldım. Siyasi partiyalardan da sadəcə xahiş etmişəm, özü də dönə-dönə üzr istəyərək”.
Keçmiş müşavir bu məsələdən sonra onun mərhum prezident Heydər Əliyevin sərəncamı ilə işdən çıxarılmasının xatırlanmasına da münasibət bildirib. "Siyasi riyakarlıq söhbətini ortaya atıblar. Siyasi riyakarlıq elə siyasətçinin peşəsidir də. Ona görə də sözü deyəndə ölçüb-biçib demək lazımdır”, - deyə Qabil Hüseynli vurğulayıb.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyasa dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR