Hökumət dövlət qəzetləri ilə bağlı qərar verdi

img

25-07-2019 [10:32]


Baş Nazir Novruz Məmmədov "Azərbaycan”, "Xalq qəzeti” və "Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Nazirlər Kabinetinin Qərarında dəyişikliklər edib.

Mia.az xəbər verir ki, bununla da "Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün "Azərbaycan”, "Xalq qəzeti” və "Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması”nda aşağıdakı dəyişiklik edilib:

"Hər bir nüsxənin həcmi (səhifə ilə)” sütununda "8” rəqəmləri (hər üç halda) "10” rəqəmləri ilə, "Qəzet kağızına illik tələbat (tonla)” sütununda isə "118”, "98” və "98” rəqəmləri müvafiq olaraq "148”, "123” və "123” rəqəmləri ilə əvəz olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA