Azərbaycanda bir kənddə bir tona yaxın narkotik çıxdı - Əməliyyat + FOTO

img

21-05-2019 [12:01]


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 20-də "Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilib, orada yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR