24-04-2019 [20:13]
Bu gün Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Mia.az Şuraya istinadən xəbər verir ki, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda ilk olaraq Şuranın 2019-cu ilin yanvar-mart ayları ərzində gördüyü işlərlə bağlı məlumat dinlənilib. Bildirilib ki, Azərbaycan Mətbuat Şurasına hesabat müddətində 214 müraciət daxil olub. Onlardan 138-i media orqanlarından şikayətdir.
Şikayətlərin 124-ü Şuranın Katibliyində baxılib. 98 şikayət katiblikdə həllini tapıb, digər 26 şikayət isə baxılmaq üçün Şikayətlər üzrə Komissiyaya təqdim olunub. Həmin şikayətlərin əsasında qərarlar çıxarılıb. 1 qəzetin adının yenidən Şuranın "qara siyahı”sına əlavə olunması barədə rəyə gəlinib və bununla bağlı materiallar "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib.
Hesabat müddətində 10 media vasitəsinə xəbərdarlıq edilib («Press.info, «Emtv.az», «Open.az, «İstixeber.info» və s.), 15-nə isə müvafiq tövsiyyələr verilib. 14 şikayət hazırda araşdırma mərhələsindədir. Hesabat qənaətbəxş qiymətləndirilib.
İclasda KİV-lərin Bakıda yayımının vəziyyəti ilə bağlı Mətbuat Şurasının keçirdiyi monitorinqin nəticələri müzakirə edilib.
Monitorinqin konkret məqsədi Bakı şəhərində, həmçinin, şəhərətrafı kəndlərdə və qəsəbələrdə qəzet satışının vəziyyətini, bu sahənin problemlərini və onların nədən qaynaqlandığını öyrənmək, qəzet satışı üçün nəzərdə tutulmuş köşklərin fəaliyyətini araşdırmaq, ölkədə qəzet satışının yaxşılaşdırması məqsədilə təkliflər paketi hazırlamaq olub.
Monitorinq zamanı müəyyənləşdirilib ki, Bakı şəhərində və ətraf kənd-qəsəbələrdə 250 köşk (176-ı Bakının özündə olmaqla) fəaliyyətdədir. Onlarda qəzet satışı istənilən səviyyədə təşkil olunmur. Köşklər məhsulla təmin edilsələr də, bir çox satıcılar qəzetləri vitrinə düzmür, oxucu tələbatını qarşılamır, qəzetləri bağlama şəklində kənar yerdə saxlayırlar.
Satıcıların işlərinə səhlənkar yanaşmalarının da səbəbləri var. Köşklərə qoyulan icarə haqqı həddən artıq çoxdur. Nəticədə icarədarlar icarə haqqını çıxarmaq və qazanc götürmək üçün qəzet satışından daha çox digər məhsulların, o cümlədən siqaret, alkoqollu, energetik içkilər və s. satırlar. Vəziyyətə görə məsuliyyəti isə Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. İH "Köşkpress”lərin qəzet satışı üçün nəzərdə tutulduğu barədə icarədarları müntəzəm məlumatlandırmalı və qaydalara əməl etməyənlər üçün cəza metodları hazırlamalıdır.
Köşk başına verilən qəzetlərin sayı məsələsi də önəmlidir. "Əks-səda” firması redaksiyalarla bağladığı müqaviləyə əsasən hər köşkə satılıb-satılmamasından asılı olmayaraq 1 nüsxə qəzeti pulsuz çatdırır. Əlavə nüsxələrin satılmayacağı təqdirdə isə daşınma xərci nəzərdə tutulur. Elə redaksiyalar var ki, qəzetlərinin satışının zəif olduğu halda hər köşkdə bir neçə nüsxə qəzetin olmasını tələb edir. Firma bunu özünə yük sayır. Belə hallar da olur ki, qəzet satışının zəifliyi əsas götürülərək bəzi köşklərə müəyyən qəzetlər ümumiyyətlə çatdırılmır.
"Əks-səda”dan başqa firmaların fəaliyyətində də çatışmazlıqlar var. Ən böyük problem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Poçt Daşıma Mərkəzinin rayonlara qəzet daşınması ilə bağlıdır. PDM müəyyən haqq qarşılığında qəzetlərin və firmaların abunələrini Azərbaycanın rayonlarına çatdırılmasını üzərinə öhdəlik kimi götürsə də, məlum olmayan səbəblərdən qəzetlər ünvanına vaxtında çatdırılmır, bəzənsə ümumiyyətlə çatdırılmır. Bu, abunəçilərdə, redaksiyalarda narazılıq doğurur. Onlar ziyana düşürlər. Belə hallar da olur ki, satıcılar qəzetləri oxuculara satmır, müəyyən məbləğ qarşılığında oxumalarına və geri qaytarmalarına şərait yaradır.
Monitorinq qrupu mövcud durumdan çıxmaq üçün müəyyən təkliflər də irəli sürür. Həmin təkliflər sırasında qəzet yayımı işinin tam müstəqil olması üçün tədbirlərin həyata keçirilməsini, bu xüsusda Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının prosesdə hər hansı şəkildə iştirakının aradan qaldırılmasını, müstəqil yayım firmalarına şəraitin yaradılmasını, Bakı bulvarında, parklarda, şəhərin mərkəzi küçələrində, bazarlarda və s. yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Təkliflərə eyni zamanda Bakı Metropoliteninin stansiyalarında qəzet satışının bərpası üçün tədbirlərin görülməsi, Bakı Metropoliteninin stansiyalarının çıxışlarında qəzet köşklərinin sayının artırılması da daxildir. İclasda bu kimi məsələlər ətrafında müzakirə aparılıb və irəli sürülmüş təkliflərin ölkə rəhbərliyinə çatdırılmasına dair müvafiq tapşırıqlar verilib.
MŞ İdarə Heyətinin iclasında Şuraya yeni üvlərin qəbulu da həyata keçirilib. Müzakirələrdən sonra "Azedu.az”, "Yenixeber.org”, "Baku News” (baku.news), "42-ci paralel.az”, "Sozcu.info”, "Denizxeber.az” xəbər portalları, "Region mediası” qəzeti, "Ustad” dərgisi, "Loqos”, "Düyməcik”, "Elmi iş” jurnalları, "ONN media” (onn.az) və "Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib.
Bu baxımdan "Təzadlar” qəzetinin adının Şuranın "qara siyahı”sına qaytarılması, "Aztoday.az” saytının adının isə həmin siyahıya daxil edilməsi qərara alınıb.
Komissiyanın digər rəyləri üzrə ümumilikdə 18 media orqanının "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müxtəlif prinsiplərini pozmasına dair eyni sayda qərar qəbul edilib.
Atatürkü təhqir edən dindar qandallandı - FOTO
Türkiyənin bu şəhərində 600-dək qəbr yeri qazıldı - Səbəb + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Klublar Birliyi bəyanat yaydı - "Mərc oyunları təkcə Türkiyə futboluna deyil, həm də..."
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub