"Facebook", "Instagram", "Whatsapp" və "Messenger" problem yaranıb

img

14-04-2019 [15:33]


Facebook"a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram", "Whatsapp" və "Messenger" proqramlarının işində problem yaranıb.

"Report" xəbər verir ki, bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən "DownDetector.com" məlumat yayıb. 

Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər.

Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur.
Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 27.05.2020

Çempion intihar etdi