ABŞ hərbçiləri 30 gün ərzində Yəməndən çıxarılacaq

img

14-03-2019 [11:16]


ABŞ Yəməndə döyüşən və ya müharibənin gedişinə təsir edən bütün hərbi təsisatlarını 30 gün ərzində bu ölkədən çıxaracaq.

ABŞ Senatı bununla bağlı qanun layihəsi qəbul edib.

Senatın 54 üzvü layihənin lehinə, 44-ü isə əleyhinə səs verib.

Bu sənəd Konqresin Nümayəndələr Palatasında qəbul edildikdən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır. Qanun bundan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husi qiyamçıları arasında müharibə gedir. Səudiyyə Ərəbistanının başçlıq etdiyi ərəb dövlətlərindən ibarət koalisiya hökumət qüvvələrini dəstəkləyir. Bu ilin fevralında Nümayəndələr Palatası ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanına hərbi dəstəyini kəsməsinə dair başqa bir qanun layihəsini qəbul etmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA