Rusiya öz səmasını bu təyyarələrə bağladı

img

14-03-2019 [15:31]


Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) xüsusi göstərişlər verilənə qədər öz hava məkanında "Boeing 737 MAX 8” и "Boeing 737 MAX 9” təyyarələrinin uçuşlarını qadağan edib.

Mia.az xəbər verir ki, bu barədə "Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko jurnalistlərə söhbətində bildirib.

Qadağa "Rosaviasiya”nın müvafiq qərarı qəbul edilənə qədər qüvvədə olacaq. A. Neradkonun sözlərinə görə, qadağanın götürülməsi barədə qərar ABŞ Federal Aviasiya Administrasiyasının, Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Büronun və "Boeing” şirkətinin direktiv məlumatlarının təhlilinə əsaslanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA