24-02-2019 [15:02]
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov Demokrat.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Bir neçə gün sonra cinayətkar erməni və rus hərbiçiləri tərəfindən törədilən Xocalı faciəsinin 27-ci ildönümü tamam olur. Bu faciənin qarşısını almaq mümkün ola bilərdimi?
- Xocalı faciəsi Ermənistan-Azərbaycan müharibəsinin ən ağır səhifəsidir, dinc əhaliyə qarşı törədilmiş cinayətdir, soyqırım cəhdidir. Bu, insanlığa qarşı böyük cinayət hesab olunur. Xocalı faciəsinin törədilməsində erməni işğalçıları ilə bərabər Rusiyanın 366-cı alayının hərbiçiləri də iştirak ediblər. Yəni, Xocalı faciəsinin məsuliyyətini həm Ermənistan, həm də Rusiya daşıyır. Onların da cəzalandırılması mütləq vacibdir. Çox təəssüf ki, indiyədək Xocalı faciəsinin törədilməsində iştirak etmiş cinayətkarların heç biri cəzalandırılmayıb. Halbuki, həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərinə görə onlar cəzalandırılmalı idilər. Təəssüf ki, indiyədək onlar hələ də cəzasız qalıblar.
- Xocalı faciəsi törədilən zaman Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov müsahibələrində bildirir ki, həmin dövrdə o, Xocalıda baş verənlərdən xəbərsiz olub. Necə düşünürsünüz, Prezidentin belə bir faciənin törədilməsindən və nə qədər adamın həlak olmasından xəbərsiz olması mümkün idimi?
- Belə danışan adamlar gərək öz məsuliyyətlərini dərk etsinlər. Yəni, dövlətə başçılıq edən və Prezident vəzifəsini daşıyan adam həm dövlətin, həm də əhalinin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, buna görə and içir. Prezidentin məsuliyyəti odur ki, o, belə məqamlarda lazımı tədbirləri görməlidir. İndi Ayaz Mütəllibov bu tədbirləri görüb və yaxud görməyib, bütün bunlar o zaman yaradılan Komissiyanın işində öz əksini tapıb. Heç kəs demir ki, Ayaz Mütəllibov bunu bilərəkdən edib və yaxud da xəyanət olub. Sadəcə olaraq, o, bu məsələdə bir Prezident kimi vəzifə məsuliyyəti daşıyır.
Eyni zamanda həmin dövrdə hərbi və inzibati vəzifə tutanlar da məsuliyyət daşıyırlar. Təbii ki, onların məsuliyyəti başqadır, ermənilərin məsuliyyəti isə cinayət məsuliyyətidir. Bu günədək ermənilər insanlığa qarşı törədilən cinayətə görə məsuliyyətə cəlb olunmalı idilər. Çox təəssüf ki, bu təcrübədən hələ ki, istifadə olunmayıb. Dövlət tədbirlər görməli idi ki, Xocalı faciəsini törədənlər sonradan rahat yaşaya bilməsinlər. Onların rahat yaşamasına imkan vermək olmaz.
- Ayaz Mütəllibovun da cəzalandırılmasını istəyirsiniz?
- Xeyr, mən demədim ki, Ayaz Mütəllibov da cəzalandırılsın. Onsuz da o, cəzalandı və Prezident vəzifəsini itirdi. Dediyim kimi, Ayaz Mütəllibov Xocalı faciəsinin törədilməsində vəzifəsini yerinə yetirməməyinə görə məsuliyyət daşıyır. Ancaq burada cinayət törətmiş şəxslər Ermənistan və Rusiya tərəfidir.
Burada söhbət heç də dövləti cəzalandırmaqdan getmir. Xocalıda cinayəti törədən rusları və erməniləri cəzalandırmaqdan söhbət gedir. Bu şəxslər rahat həyatlarını davam etdirməməlidirlər. Yəni, dövlət tərəfindən lazımı tədbirlər görülməlidir ki, onlar ən azı narahatlıq keçirsinlər. Daha əl-qollarını sallaya-sallaya istədikləri yerə rahat gedib-gələ bilməsinlər.
- Bəzən müxalifətdən olan tanınmış şəxslər sizin hakimiyyətlə yaxın əlaqələrdə olduğunu iddia edirlər. Bu nə qədər doğrudur?
- Mən bütün hakimiyyətlərin dövründə hamı ilə münasibətlərimi normal saxlamağa çalışmışam. Hesab edirəm ki, normal insani münasibətlərin saxlanılması başqa cür yozula bilməz. Hər zaman belə düşünmüşəm ki, Azərbaycan daxilində heç kəs bir-birinə düşmən kimi baxmamalıdır. Bizim düşmənimiz məlumdur. Düşmənə qarşı da düşmən mövqeyində olmalıyıq. Aydın məsələdir ki, mənim və hakimiyyətdə təmsil olunan adamların fikirləri fərqli ola bilər. Bu da təbiidir. Mən hakimiyyətin bir çox mövqeyləri ilə razı deyiləm. Mənim kimi narazı olan başqa adamlar da var. Onlar fikirlərini azad şəkildə bildirməlidirlər. Mənim istəyim də odur ki, fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz. Əgər indi hakimiyyətdə olanlardan kim bunu edirsə, bu dövlətə ziyan vuran addımdır.
Ancaq bir daha deyirəm ki, bu gün hakimiyyətdə təmsil olunan adamlarla 30-40 illik münasibətlərim var. Əgər mən kiminləsə 30-40 ildir tanışamsa, o zaman bu gün ona üz çevirib getməli deyiləm.
- İddialardan biri də sizin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla ortaq biznesə malik olmağınızla bağlıdır...
- Xeyr, bu yalandır. Mənim Kəmaləddin Heydərovla əlaqələrimin və ortaq biznesimin olması barədə xəbərlər cəfəngiyyatdır. Ancaq bu gün iqtidarda təmsil olunan yüksək vəzifəli adamlarla münasibətlərim var. Hesab edirəm ki, bu qəbahət deyil. Mənim hərəkat yoldaşlarımdan bu gün vəzifələrdə olanları da, hərəkatda olmayıb hakimiyyətdə olanları da var. Bu cür münasibətlərin olmasını qınamaq doğru deyil.
- Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun martda azadlığa buraxılacağı ilə bağlı xəbərlər dolaşır. Bununla bağlı nə deyə bilərsiniz?
- Çox istərdim ki, Əli İnsanov tezliklə azadlığa buraxılsın. Çünki bu yaşda insanın həbsdə qalması heç də xoşagələn hal deyil. Digər tərəfdən isə Əli İnsanov həddindən artıq cəzasını çəkib. Tanınmış alimin, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir.
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib