12-02-2019 [16:30]
""Kitabxana işi haqqında" Qanuna təklif olunan dəyişikliyi vacib sayıram. Ona görə ki, bu dəyişiklik kitabxanaların elektron sistemə keçməsi ilə bağlıdır. Daha bir mühüm dəyişiklik kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlıdır. Hesab edirəm ki, hər iki məsələ olduqca vacibdir".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilmiş plenar iclasında Mətbuat şurasının sədri, deputat Əflatun Amaşov çıxışında deyib.
O bildirib ki, Azərbaycanda müxtəlif mətbəə və nəşriyyatlarda kitablar çap olunur: "Ancaq təəssüf ki, onların kitabxanalara çatdırılması işi düzgün qurulmayıb. Bu sahədə əksər hallarla qanunun tələbləri gözlənilmir. Burada məsuliyyətin artması həm də imkan verəcək ki, kitabların məzmununa diqqət yetirilsin. Biz müxtəlif dövrlərdə bəzi anti-milli qüvvələrin öz məqsəd və mənafelərini yaymaq üçün kitablar buraxdıqlarının şahidi olmuşuq. Təəssüf ki, nəşriyyat və mətbəələr məsələyə ciddi önəm vermir. Əslində onların belə bir mexanizmi də yoxdur ki, müvafiq yoxlama işləri aparsın".
Deputat kitabların baha olmasına da toxunub: "Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Bu da kitabların qiyməti ilə bağlıdır. Qiymətlər çox bahadır. Əsasən də ölkəyə kənardan gətirilmiş kitabların qiyməti. Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 min kitab gətirilir. Sovet dövrü ilə müqayisədə bu rəqəm dəfələrlə azdır. Qiymətə gəldikdə isə, təsəvvür edin ki, kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Üstəlik satış zamanı gəlir əldə etmək üçün təqribən 20-25 faiz də əlavə olunur. Bundan başqa satış müvafiq dövlət qurumuna hesabat verərkən onlar yenidən 18 faiz də ödəməli olurlar. Gəlin hesablayaq, 7+18+20+18=63. Lap olsun 60. Bundan sonra təsəvvür edin ki, oxucu kitab əldə etmək üçün nə qədər pul xərcləməlidir".
Şura sədri deyib ki, bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır: "Mən həmkarım Fazil Mustafanın burada səsləndirdiyi fikirləri dəstəkləyirəm. Təklif edirəm ki, ümumiyyətlə bütün çap məhsulları – qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu utunmayaq".
Atatürkü təhqir edən dindar qandallandı - FOTO
Türkiyənin bu şəhərində 600-dək qəbr yeri qazıldı - Səbəb + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Klublar Birliyi bəyanat yaydı - "Mərc oyunları təkcə Türkiyə futboluna deyil, həm də..."
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub