"Lazım gələrsə, insanlardan canlı sədd də qurarıq” - Donald Tramp

img

05-02-2019 [20:52]


 ABŞ Prezidenti Donald Tramp Meksika sərhədində divar tikintisi üçün vəsait ayırmağa Konqres tərəfindən razılıq verilməsə, sərhəddə insanlardan ibarət canlı sədd qurulacağını istisna etməyib.

"Report” xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter”dəki səhifəsində yazıb.

"Cənub sərhədimizi keçmək üçün Meksika ərazisi ilə saysız-hesabsız insanlar gəlir. Artıq əlavə hərbi qüvvələr göndərmişik. Lazım gələrsə, insanlardan canlı sədd də qurarıq”, - D.Tramp yazıb.

ABŞ Prezidenti həmçinin divar tikilərsə, belə ifrat addımlara ehtiyac qalmayacağını da qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA