Fransa, Almaniya və Britaniya İranla xüsusi hesablama mexanizmi yaradıb

img

31-01-2019 [22:40]


Fransada Almaniya və Böyük Britaniyanın iştirakı ilə İranla xüsusi maliyyə tranzaksiyaları mexanizmi qeydiyyata alınıb.

TASS xəbər verir ki, bunu cümə axşamı Fransanın xarici işlər naziri Jan-İv Le Drian Avropa İttifaqının XİN rəhbərlərinin Buxarestdə keçirilən görüşündə deyib.

"Fransada Avropa İttifaqının iki başqa dövləti – Almaniya və Böyük Britaniyanın iştirakı ilə xüsusi tranzaksiya mexanizmi qeydiyyata alınıb. Bu alət İran tərəfindən nüvə sazişinin icrasına dəstək göstərməyə yönəlib", - deyə o, bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA