Xırdalanda 750 ədəd pivə "boçka"sı oğurlandı - İki nəfər saxlanılıb

img

31-01-2019 [11:53]


Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd "Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR