Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə

img

22-08-2025 [18:00]


Türkiyədə daha bir zəlzələ oldu.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, bu gün Bakı vaxtilə saat 16.41-də Balıkəsirin Sındırgı rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkan ətraf bölgələrdə də panikaya səbəb olub.

Ölən və yaralanan olmayıb.

Xatırladaq ki, ötən həftə bu rayonda 6.2 bal gücündə zəlzələ olmuşdu. Nəticədə 1 nəfər ölmüş, 29 nəfər isə xəsarət almşdı.

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR