BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"

img

22-08-2025 [14:35]


Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada ilk dəfə "tam aclıq" elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş bəyanat verib.

O bildirib ki, 2.2 milyondan çox insan aclıqla sınağa çıəkilir: "BMT Qəzzada rəsmi aclıq elan etdi. Bu, bütün dünya üçün utancdır. Qəzzada yaranmış fəlakətlə əlaqədar təcili atəşkəs elan edilməli və humanitar yardımlar təhlükəsiz formada  bölgəyə çatdırılmalıdr. İsrail Qəzza xalqına ərzaq və tibbi ləvazimatların çatdırılmasını təmin etməlidi. Bu, dərhal və özü də çox vacibdir".

Xatırladaq ki, son br ayda Qəzzada aclıqdan ölənlərin sayı 200-ü ötüb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR