"ABŞ hökuməti bizə qarşı hərbi əməliyyat hazırlayır" - Venesuelanın BMT-dəki təmsilçisi

img

29-01-2019 [20:57]


ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır.

Bu barədə Cenevrə şəhərində (İsveçrə) Silahsızlaşma Konfransında Venesuelanın BMT yanındakı daimi nümayəndəsi Xorge Valero bildirib.

Müzakirələr zamanı ABŞ Prezidenti Donald Tramp Administrasiyasının ölkəsinə ordu yeritməyə hazırlaşdığını bildirən venesuelalı diplomat ABŞ-ın Venesuela üzərində "diqtə qurmaq” haqqına sahib olmadığını vurğulayıb.

Eyni zamanda ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Sinti Plat Xuan Quaydonu dəstəkləmək üçün əllərindəki iqtisadi və siyasi vasitələrin tam çeşidini bundan sonra da işə salacaqlarını diqqətə çatdırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA