Abdullah Gülün xidməti maşınına gizli zəhərli qaz ötürülürmüş? - Sensasion yazı niyə silindi? + FOTO

img

28-01-2019 [22:03]


Türkiyənin "Milliyet" qəzetində dünən dərc olunan Talat Atillanın "Gülün xidməti maşınında zəhərli qaz şübhəsi" başlıqlı yazısı bu gün qəzetin saytından silinib.

Mia.az xəbər verir ki, həmin yazıda keçmiş prezident Abdullah Gülün xanımı Hayrünnisa Gülə istinadən sensasion iddia irəli sürülmüşdü.

Bildirilirdi ki, sabiq prezidentə dövlət tərəfindən ayrılmış xidməti maşında narahatedici qoxular gəlib və bu səbəbdən Gülün xanımı sürücüyə belə təlimat verib: "Abdullah  bəy maşından hər düşdükdən sonra sərxoş kimi olur. Maşın hərəkətdə olarkən sanki içəriyə zəhərli qaz verilir. Həyat yoldaşımı öldürmək istəyənlər ola bilər. Abdullah bəy belə şeyləri diqqətə almaz. Buna görə ona söyləmədən maşına yaxşı baxdırın".

Bu yazının hansı səbəbdən, yaxud kimin tələbi ilə saytdan qaldırıldığı haqda isə heç bir məlumat verilmir.

Mia.az

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA