Saakaşvili 72 saata hakimiyyəti dəyişmək planını açıqladı: “Bu, dinc ssenaridir”

img

28-01-2019 [12:00]


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yenidən öz vətənində prezident olmaq istəyini gizlətmir. Onun sözlərinə görə, ölkəyə qayıtmağa hazırdır.

Bir şərtlə ki, Gürcüstünın fəal hissəsi və müxalifət ona ölkə ərazisində 72 saat sərbəst hərəkət imkanı yaratsın: "Bu, hakimiyyətin dinc yolla dəyişməsi ssenarisidir”.

Saakaşvilinin fikrincə, ən əsası indiki gürcü hakimiyyətinin yaradıcısı Bidzina İvanişvili ilə mübarizədir. Keçmiş prezident ölkəyə rəhbərlik edənləri dəlixanaya salınmış psixiki xəstələr adlandırıb: "Onları zorakılıq olmadan və qurbansız zərərsizləşdirmək lazımdır”.

Keçən ilin noyabrında Saakaşvili gürcü xalqını prezident seçkilərinin nəticələrini tanımamağa çağırmışdı.  O, seçki kampaniyasını qanunsuz adlandırmışdı. Saakaşvilinin fikrincə, nəticələr saxtalaşdırılmışdı, hakimiyyət seçiciləri ələ almağa çalışmışdı, bir çox hallarda təzyiqlərlə istəyinə çatmışdı.

Saakaşvili 2004-cü ildən 2013-ə qədər Gürcüstanın prezidenti olub. O, bu müddətdə bir dəfə Tbilisidəki kütləvi etirazlara görə postunu tərk edib. Elə 2013-cü ildə də prezident kürsüsündən vaxtından əvvəl gedib. Parlament seçkilərində partiyası uduzandan sonra prezident müxalifətə keçdiklərini bildirmişdi.

Saakaşvili indi də müxalifətdə təmsil olunur. Onun rəhbəri olduğu "Vahid milli hərəkat” müxalifət birliyini təmsil edən "Güc birlikdədir” blokuna daxildir/Bizimyol.info.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA