Rusiyada həbsdən çıxan “Qanuni oğru” Azərbaycana göndərildi - VİDEO

img

27-01-2019 [17:49]


Yanvarın 25-də, azərbaycanlı "qanuni oğru”,  Emin Hacıqabulski kimi tanınan Emin Əhmədov  Krasnoyarski həbsxanasından azadlığa buraxılıb. 

Emin Əhmədov azadlığa buraxılan kimi ona Rusiya Daxili İşlər Nazirliyinin ölkə hüdudlarını dərhal tərk etməsi barədə qərarı elan olunub. 

Qərarda bildirilir ki, Emin Əhmədov ömürlük  Rusiyaya gəlmək yasaq olunub. O, xəbərdarlıqla bağlı rəsmi sənədi imzalamaqdan imtina etsə də, Rusiyanı tərk edib və Bakıya gəlib.

Yayılmış videoda E. Əhmədov "siz "qanuni oğru”sunuzmu sualına "hə, həm də böyük hərflərlə "qanuni oğru” deyib.

Emin Hacıqabulski Rusiyada pul daşıyan maşını taladığı üçün həbs edilib. 2007-ci ildə Moskva məhkəməsi onu bandtizmdə, quldurluqda və ölümə cəhddə günahlandıraraq 13 il müddətinə həbs edib. O, Çuvaşiya, Kareliya, Maqadan və Vladimir vilayətlərindəki ciddi rejimli həbsxanalarda cəza çəkib. Rusiya mətbuatı iddia edir ki, Emin Hacıqabulski Azərbaycanın bir nömrəli "qanuni oğru” su hesab edilən Nadir Səlifovla ("Lotu Quli”) konfliktdədir, bu və digər  səbəblərdən də onun "qanuni oğru” adı Əli Heydərov, Hacı Beyləqanski kimi "şübhəli və suallıdır”.

Emin Hacıqabulski 2013-cü ilin fevralında-Aslan Usoyanın qətlindən bir ay sonra Maqadan vilayətindəki həbsxanalardan birində "qanuni oğru” adını alıb.  Onun taclandırmasında 2013-cü ilin avqust ayının 18-də İstanbulda qətlə yetirilən "Qoca” ləqəbli Əlibala Həmidov da iştirak edib.

Emin Camal oğlu Əhmədov 1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub.

Musavat.com
 


Digər xəbərlər
SON XƏBƏRLƏR