"Məncə, İsa Məsih hələ həyatdadır, xilaskarımız odur" - Maduro Avropanın tələbini rədd etdi, Ərdoğan haqda isə...

img

27-01-2019 [17:06]


Venesuela prezidenti Nikolas Maduro "CNN TÜRK”ə müsahibə verib.

Mia.az xəbər verir ki, o, müsahibəsində ABŞ prezidenti Trampın ölkəsinə hücum etdiyini deyib.

Maduro, eyni zamanda, Avropa ölkələrinin 8 gün içində seçki keçirmək tələbini axmaqlıq  adlandırıb.

Venesuela prezidenti Türkiyə prezidenti Ərdoğana çox güvəndiyini bildirib: "Ərdoğan dəyərlərə sadiq və cəsur adamdır. Türk xalqına və Ərdoğana çox güvənirik”.

Maduro deyib ki, o, ölkəsindəki problemin həlli üçün qarşı tərəflə dialoqa hazırdır: "Biz bu problemin də öhdəsindən gələcəyik. Problemin həlli qanunlarda və ədalətdədir. Bu olay istintaqla araşdırılacaq və burada ədalətin təmini mütləq olacaq. Ölkədə barışı yaradacağıq. Amerikanın başının altından çıxan yalanlara baxmayaraq, dialoqa hazırıq. Hər gün Tanrıya dua edirəm. İsa Məsihə inanıram. Xilaskarımız odur. Məncə, o, hələ həyatdadır. Ona da inanıram ki,  bir gün  ABŞ-la da dialoq qura biləcəyik”.

"Bəs gələcəyiniz üçün B və ya C planınız varmı?”, – sualına isə Maduro belə cavab verib: "Plan A,B,C və yaxud Z… Bütün planlarım ölkəmi qorumaq, daha yaxşı idarə etməkdir”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA