Dmitri Peskov: "Maduro Putindən yardım istəməyib"

img

25-01-2019 [14:44]


Venesuelanın Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putindən ölkədəki siyasi böhranla bağlı yardım istəməyib”.

"Report” RT-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında sonuncu telefon danışığı barədə açıqlamasında deyib.

"Vladimir Putin yaranmış vəziyyətin ölkə konstitusiyası çərçivəsində həll edilməsini məsləhət görüb. Xaricdən dağıdıcı müdaxilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”, - deyə Rusiya Prezidenti venesuelalı həmkarına bildirib.

Qeyd edək ki, yanvarın 23-də Venesuela parlamentinin sədri Xuan Quaido müvvəqəti Prezident elan olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA