BMT Təhlükəsizlik Şurası toplanır - Venesuela ilə bağlı

img

24-01-2019 [21:47]


BMT Təhlükəsizlik Şurası Venesuelada baş verən hadisələri müzakirə etmək üçün şənbə günü növbədənkənar iclas keçirəcək.

"RİA Novosti" xəbər verir ki, bunu jurnalistlərə CAR-ın dünya təşkilatındakı daimi nümayəndəsi Ceri Mettyus Matjila deyib.

"Təhlükəsizlik Şurası şənbə günü Venesuela problemini müzakirə etmək üçün görüş keçirəcək", - deyə Matjila bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA