Venesuela ordusu Xuan Quaidonun prezidentliyini tanımır - Açıqlama

img

24-01-2019 [10:05]


Venesuela ordusu ölkə parlamentinin spikeri Xuan Quaidonu prezident kimi tanımır.

Bunu ölkənin müdafiə naziri Vladimir Padrino Lopes deyib.

"Biz, Vətən əsgərləri, qaranlıq maraqların kölgəsində bizə sırınan və qanundan kənar elan edilən prezidenti qəbul etmirik. Milli bolivarian silahlı qüvvələri konstitusiyanı müdafiə edir və milli suverenliyi təmin edir", - deyə o, "Twitter"də yazıb.

Xatırladaq ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA