Venesuela ABŞ ilə diplomatik əlaqələri kəsib - Nikolas Madurodan REAKSİYA

img

24-01-2019 [08:12]


Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Onun sözlərini "El Nacional" nəşri sitat gətirib. "Mən ABŞ-ın diplomatik korpusuna ölkəni tərk etmək üçün 72 saat vaxt verirəm", - deyə Maduro bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.
"Report” 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA