NATO-nun Baş katibi Gürcüstana səfər edəcək: "Məqsədimiz tərəfdaşlığı daha da möhkəmləndirməkdir”

img

23-01-2019 [19:52]


 NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin martında Gürcüstana səfər edəcək.

Bu barədə Baş katib Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş katib deyib ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır: "Mən, həmçinin NATO təlimlərinə də baş çəkəcəm. Bizim məqsədimiz tərəfdaşlığın daha da möhkəmləndirilməsidir”.

Gürcüstanın NATO-ya üzv qəbul olunmasına gəlincə, Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm Gürcüstan, həm də Alyans qərar verməlidir: "Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur. Biz Rusiya kimi böyük ölkələrin öz maraqlarını qurmağına heç zaman yol verməyəcəyik. Onların bu məsələlərlə bağlı qərar qəbul etmək hüquqları olmayacaq”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA