İranda kütləvi ixtisar - 70 minə yaxın məmur işdən azad edilib

img

23-01-2019 [15:13]


 İranda sərt iqtisadi tədbirlər nəticəsində 2018-ci ildə 66 740 dövlət məmuru işdən azad edilib.

"Report” İSNA-ya istinadən xəbər verir ki, İranın Milli Təhsil Nazirliyi də daxil olmaqla 14 nazirliyin əməkdaşı ixtisar edilib. Ən çox ixtisar Təhsil Nazirliyində olub. Bu qurumun 35 min əməkdaşı işdən azad edilib.

Neft Nazirliyində 8 min, Dağ-Mədən Sənayesi və Ticarət Nazirliyindən 7 654 məmur işdən çıxarılıb.

Məmurların işdən azad edilməsi üçün tətbiq edilən meyarlar məlum deyil. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA