Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətinə keçdi - Hərbçilər çevrilişə başladı

img

21-01-2019 [17:33]


Venesuelanın paytaxtı Karakas şəhərinin San Xose bölgəsində bəzi Milli Qvardiya hərbçilərinin Prezident Nikolas Maduroya qarşı qiyam qaldırdıqları bildirilir.

"Report” yerli KİV-ə istinadən xəbər verir ki, mayor Valdren Giqueroanın başçılıq etdiyi bildirilən qiyamçılar xalqı hökumətə qarşı ayağa qalxmağa çağırıblar.

Hazırda həmin bölgəyə xüsusi təyinatlı hərbi birləşmələrin, habelə Bolivariana Milli Polisinin xüsusi təyinatlı briqadasının çəlb edildiyi bildirilir.

Sosial şəbəkələrdə qiyamçıların hərəkatını əks etdirən, habelə Konstitusiyanı müdafiə etməyə və hökumətə itaətsizliyə çağıran videolar yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA