Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoruna da sanksiya tətbiq etdi - Qərar

img

21-01-2019 [16:52]


 Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində iştirakına görə Rusiyanın 9 vətəndaşına və bir müəssisəsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə qərar Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul olunub.

Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru, vitse-admiral İqor Kostikov və bir müavini, idarənin əməkdaşları Aleksandr Mişkin ("Aleksandr Petrov”) və Anatoli Çepiqanın ("Ruslan Boşirov”) da adları var.

Avropa İttifaqının XİN başçılarının toplantısında Suriyanın 5 şirkətinə və 11 nəfərə sanksiyanın genişləndirilməsi barədə də qərar qəbul olunub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA