Xüsusi təyinatlılara uçmağa imkan verən geyim dəsti hazırlanır – VİDEO

img

21-01-2019 [13:46]


Böyük Britaniya Kral Dəniz Qüvvələri əsgərlərə yerdən bir neçə metr hündürlükdə uçaraq hərəkət etməyə imkan verən xüsusi geyim dəstinin sınaqlarını keçirir.

"AzeriDefence”nin məlumatına görə, uçuş dəsti sürətli manevr etməyə, mina və maneəli sahələrdən keçməyə imkan verəcək.

"Gravity Industries” şirkəti tərəfindən yaradılan uçuş kostyumu hazırda Limpstondakı Xüsusi Təyinatlı Tədris Mərkəzində sınaqdan çıxarılır.

5 mühərrikə malik uçuş dəstinin kreyser sürəti  22.35 m/saniyədir. Bu qurğunun yaxın iki il ərzində sınaqlarının tamamlanması və xüsusi təyinatlılara verilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA