"Bu həftə adları açıqlayın" - İmamoğlu Kılıçdaroğlu ilə görüşdü

img

21-01-2019 [13:35]


CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu Ankarada CHP lideri  Kamal Kılıçdaroğlu ilə görüşüb.

Mia.az bildirir ki, o, görüşdə CHP liderindən İstanbulu əhatə edən rayonlar üzrə bələdiyyə sədrliyinə namizədlərin adlarının açıqlanmasını istyib: "Cənab Kılıçdaroğluna dedim ki, artıq çox az zamanımız var. Bu həftə bütün namizədlərin adı açıqlanmalıdır. Doğrudur. CHP rəhbərliyi də səmimi və gərgin işləyir. Ancaq namizədlərin açıqlanması bizim də işimizi və yerlərdəki çalışmalarımızı müsbət mənada böyüdəcək".

Xatırladaq ki, İstanbulun 39 rayonu var. CHP-nin ən böyük rəqibi AKP artıq namizədlərinin adlarını açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA