Buxarestdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq

img

18-01-2019 [20:48]


 Avropa İttifaqı Şurası Buxarest şəhərində yanvarın 31-dək fevralın 1-dək keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün (Gymnich) gündəliyini açıqlayıb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, görüşün gündəliyinə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı, Suriyadakı vəziyyət və Çinlə münasibətlər məsələləri daxildir.

Bu kimi qeyri-rəsmi görüşlər ildə iki dəfə Aİ Şurasının sədrliyini yerinə yetirən ölkədə keçirilir.

Qeyd edək ki, Aİ tərəfindən 2009-cu ildə başlanmış "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA