Gürcüstanda "donuz qripi" ilə bağlı son vəziyyət - Nazirlkdən açıqlama

img

14-01-2019 [11:41]


Gürcüstanda mövsümi qripə yoluxma halları azalıb.

Bu barədə ölkənin Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari göstəricilər qrip virusunun pik günləri ilə müqayisədə, Gürcüstanın bölgələrində yoluxma hallarının sayı 600, Tbilisidə isə 500 hal azalıb.

Qriplə bağlı regionlarda və Tbilisidə təcili tibbi yardıma daxil olan müraciətlərin də sayında azalma qeydə alınıb.

Qurumdan bildirilib ki, qrip virusuna yoluxan 42 pasiyentin müalicəsi xəstəxanaların reanimasiya şöbələrində davam etdirilir. 

Qeyd edək ki, son aylar ərzində Gürcüstanda "donuz qripi” adlandırılan A (H1N1) virusundan 15 nəfərin öldüyü laboratoriya şəraitində təsdiq olunub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA