İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var - FOTO

img

14-01-2019 [11:34]


 İranda "Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb.

TASS-a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

***

Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş. 

Məlumata görə, pilotun idarəetmədə yanlışlığa yol verməsi nəticəsində təyyarə Kərəc şəhərinin Feth hava limanına enməyə məcbur olub. Pilot eniş edərkən, təyyarəni hava limanın divarlarına çırpıb. 

Göyərtəsində 10 nəfərlik heyət olan təyyarənin aeroport yaxınlığındakı evlərə də çarpıldığı barədə məlumat yayılıb.

Hadisə yerinə helikopterlə xilasedicilər göndərilib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA