Azərbaycanda polis özünü güllələdi

img

13-01-2019 [22:59]


Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

Mia.az-ın Oxu.az-a istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov banklardan birinə məxsus ofisdə tabel silahı ilə başına atəş açıb. 

Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub.

Sayt qeyd edir ki, polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına düşüb.

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, mərhum ailəli olub, iki azyaşlı övladı var.

İlkin Tapdıqov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA