"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı

img

16-02-2026 [17:27]


"Beşiktaş", "Başakşehir" matçında zədələnərək oyunu tərk edən El Bilal Turenin 1 aydan çox meydançalardan uzaq qalacağını açıqladı.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "ağ-qara" klubdan verilən açıqlamada deyilir:

""Başakşehir" komandasına qarşı oyununun 34-cü dəqiqəsində sol bud oynağındakı ağrı səbəbindən oyuna davam edə bilməyən futbolçumuz El Bilal Ture MRT müayinəsindən keçib. Müayinə zamanı sol bud oynağının vətərində qanaxma və cırıq (biseps bud əzələsi) aşkar edilib. El Bilal Turenin müalicəsi tibbi qrupumuz tərəfindən başlanıb."

Xatırladaq ki, mövsümün əvvəlində İtaliyanın "Atalanta" komandasından icarəyə götürülən El Bilal, "Beşiktaş"da 18 rəsmi matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA