Gəncədə yol qəzası baş verib, xəsarət alan var

img

22-01-2019 [22:38]


Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mia.az "Report"a istinadən bildirir ki, Şəfa İsmət oğlu Quluzadə idarə etdiyi minik avtomobili ilə şəhərin Nizami Gəncəvi prospektində hərəkətdə olan zaman başqa bir avtomobillə toqquşub.

Nəticədə Ş.Quluzadə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA