Türkiyədə səfərdə olan Trampın müşavirinə sərt təpki: "Boltonsan, Daltonsan, bilmirəm, sən kimsən ki..."

img

08-01-2019 [13:10]


Türkiyədə səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyətinə MHP lideri tərəfindən sərt etiraz gəlib.

Mia.az bildirir ki, MHP lideri Boltonun İsraildə verdiyi "Türkiyə kürdlərin təhlükəsizliyinə təminat verən anlaşmanı imzalamayana qədər ABŞ Suriyadan çəkilməyəcək" bəyanatını xatırladaraq, bu bəyanatı tərbiyəsizlik sayıb: "Boltonsan, Daltonsan, bilmirəm. Türkiyə nə edəcəyini sənə, yaxud patronlarındanmı soruşacaq? Bu, nə axmaqlıqdır, bu, nə təbiyyəsizlikdir?".

Qeyd edək ki, Bolton bu gün Ərdoğanın sözçüsü ilə görüşüb. 2 saat 10 dəqiqə çəkən görüşdə Suriyadakı məsələlərlə bağlı tərəflər müzakirə aparıblar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA