Hərbçilər Qabonda hakimiyyəti ələ keçirdi: paytaxt tanklarla doldu - VİDEO

img

07-01-2019 [12:23]


Mərkəzi Afrikanın qərb sahillərində yerləşən Qabonda hərbçilər dövlət radiostansiyasına nəzarəti ələ keçirərək ölkə Prezidentinə etibarın tükənməsinə görə "Milli Bərpa Şurası" yaradıldığını açıqlayıblar.

 "BBC News” xəbər verir ki, hərbçilər radioefirdə Qabonda demokratiyanın bərpa edilməsinin vaxtının yetişdiyini bildiriblər.

Qeyd olunur ki, paytaxt Librevilin küçələrində tanklar və hərbi avtomobillər hərəkər edir.

Əlavə edək ki, Qabona 2009-cu ildən bəri hakimiyyətdə olan Prezident Əli Bonqo Ondimba başçılıq edir. KİV-in məlumatına görə, o, ötən ilin oktyabr ayında insult keçirib və Mərakeşdə müalicə kursu keçib/Report.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA