"Mən olmasaydım, Asiyada böyük müharibə yaşamalı olacaqdınız" - Tramp

img

07-01-2019 [12:15]


"Prezident seçilməsəydim, Asiyada Şimali Koreyi ilə böyük bir müharibə yaşamalı olacaqdınız".

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin Amerika-Şimali Koreya danışıqlarında böhran yaranması barədə sualı cavablandırarkən deyib.

O, danışıqların çox yaxşı getdiyini söyləyib: "Baxın, raket sınaqları keçirilmir, heç bir narahatlıq yoxdur. Çox yaxşı gedirik..."

Bununla belə, Tramp Şimali Koreyaya tətbiq olunan sanksiyaların davam edəcəyini vurğulayıb.

O, Şimali Koreya lideri Kim Yonq Un-la ikinci görüş üçün yer müəyyənləşdirildiyini də bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA