İranda zəlzələ - Yaralananların sayı 75 nəfərə çatıb

img

07-01-2019 [10:46]


 İranda zəlzələ zamanı zərər çəkənlərin sayı artıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, ölkənin İraqla sərhədində baş vermiş zəlzələdən sonra tibbi yardım göstərilənlərin sayı 75 nəfərə çatıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, ölkənin Fövqəladə Vəziyyətlər üzrə Departamentinin nümayəndəsi Mojtab Xalidi daha əvvəl bildirib ki, həmin insanlardan heç biri zəlzələdən zərər çəkməyib, onlar yeraltı təkanlar baş verən vaxt qorxu və qaçış zamanı xəsarət alıblar. 

Xatırladaq ki, İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA