Estoniyada rus dilində təhsil tam ləğv edilib - Prezident açıqladı

img

05-01-2019 [12:19]


 Estoniya rus dilində təhsili ləğv etdiyini təsdiqləyib.

Bu barədə RİA "Novosti" xəbər verib.

Məlumata görə, Estoniya prezidenti Kersti Kalyulayd bildirib ki, ölkədəki rusdilli məktəblərin eston dilində təhsil vermələri məsələsi çoxdan həll olunub.

"Bz faktiki olaraq bu barədə qərarı qəbul etdik. Hərçənd, onun haqda danışmırdılar, çünki Estoniyada rus məktəbləri üçün müəllimlər hazırlanmır", - deyə o, bildirib.

Dövlət başçısı qeyd edib ki, qeyri-millətlərdən olan şagirlərə seçim verilmir. 

Estoniya rəhbərinin sözlərinə görə, şagirdlər eston dilli məktəblərdə təhsil alacaqlar. Kalyulayd deyib ki, belə tədbirlər uşaqlara özlərini digər şagirdlərlə bərabər hiss etmələri üçün lazımdır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA