Türkiyə XİN-dən Pompeonun "kürdləri Türkiyənin qırğınından qoruyacağıq" açıqlamasına etiraz: "Yüz minlərlə kürdlər..."

img

04-01-2019 [18:14]


Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ankaranın Suriya siyasətinə dair fikirlərinə etirazını bildirib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Aksoy Pompeonun "NewsMax” televiziya kanalına müsahibəsində Suriya ərazisində fəaliyyət göstərən YPG/PKK terror təşkilatlarının üzvlərinin kürd xalqı ilə eyniləşdirilməsini yanlış adlandırıb.

 O, həmçinin Pompeonun Ankaranın terrorçularla mübarizə sahəsində fəaliyyətini tənqid etməsini yolverilməz adlandırıb.

Türkiyə XİN rəsmisi əlavə edib ki, Ankara Suriyanın milli birliyi və ərazi bütövlüyünü, habelə özünün milli təhlükəsizliyini təhdid edən PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı mübarizəni əzmlə davam etdirəcək. Onun sözlərinə görə, Türkiyə kürdlərin də daxil olduğu bütün suriyalıları dəstəkləyir: "Türkiyə istər terrorla mübarizədə, istərsə də Suriyada münaqişənin nizama salınması prosesində suriyalı kürdlərin hüquqlarının müdafiə etməyi davam etdirəcək. PYD/YPD terrorçularının zülmündən qaçan yüz minlərlə suriyalı kürdlər Türkiyədə sığınacaq tapıb və onların təzyiqi nəticəsində öz yurdlarına qayıda bilmirlər”.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Suriyadan qoşunların çıxarılmasına baxmayaraq, burada yaşayan kürdləri Türkiyənin törədəcəyi qırğından qoruyacaqlarını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA