İrandan ABŞ-a cavab gəldi: "Təhlükə təhlükə doğar, necə ki, kübarlıq..."

img

03-01-2019 [23:17]


"İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur".

"RİA Novosti" xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə cavab olaraq deyib.

"İranın kosmik raket buraxılışı və raket sınaqları 2231 saylı qətnaməni pozmur", - deyə Zərif "Twitter"də yazıb.

O həmçinin ABŞ-a xatırladıb ki, İrana müasir silahların, eləcə də, raket və raket sistemlərinin verilməsinə qadağanı nəzərdə tutan 1929 saylı qətnamənin qüvvədə olma müddəti başa çatıb.

Zərif əlavə edib ki, "təhlükə təhlükə doğar, necə ki, kübarlıq nəzakətə səbəb olar".

Bundan əvvəl Pompeo bildirmişdi ki, İran bu təxribat xarakterli raket buraxılışlarını yenidən nəzərdən keçirməli və daha dərin iqtisadi və diplomatik təcridlə uzləşməmək üçün ballistik raketlərlə bağlı istənilən hərəkətlərdən imtina etməlidir. O əlavə edib ki, İranın hərəkətləri onun BMT TŞ-nin 2231 saylı qətnaməsinə tam etinasızlığını nümayiş etdirir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA