"Suriya qum və ölümdən ibarətdir” - Trampdan Türkiyə və PKK/YPG-yə mesaj

img

03-01-2019 [12:43]


ABŞ Prezidenti Donald Tramp terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriya ərazisindəki xam nefti İrana satmasından narahat olduqlarını bildirib.

"Report” xəbər verir ki, məlumatı "Anadolu” agentliyi yayıb.

"Onların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) əlindəki az miqdarda nefti İrana satması xoşuma gəlmir. Biz onlardan satmamalarını istədik. Bizim kürd tərəfkeşlərimizin İrana xam neft satması məni qətiyyən sevindirmir”, - deyə Donald Tramp vurğulayıb.

O, bununla belə, ABŞ-ın hərbçilərini Suriyadan çıxarsa da, PKK/YPG-PYD-nin müdafiəsini təmin edəcəklərini qeyd edib: "Onlar Türkiyənin xoşuna gəlməsələr də, onları başqaları bəyənir. Onlar çox yaxşı döyüşürlər. Biz kürdləri (terrorçu PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) müdafiə edəcəyik. Mən Suriyada əbədi qalmaq istəmirəm. Ora qum və ölümdən ibarətdir”.

Donald Tramp ABŞ hərbçilərinin 4 ay ərzində Suriyadan çıxarılacağı prosesinə də aydınlıq gətirib: "Mən ordunun Suriyadan tədricən və ya qısa müddətə çıxacağı barədə heç nə deməmişəm. Bəziləri iddia edir ki, mən 4 aya hərbçiləri çıxaracağımızı bildirmişəm. Mən bunu heç vaxt deməmişəm. Biz Suriyadan müəyyən edilmiş zamanda çıxacağıq”.

Qeyd edək ki, Donald Tramp dekabrın 19-da ABŞ hərbçilərinin Suriydana çıxması barədə sənəd imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA