Boltonun Türkiyəyə səfər tarixi bəlli oldu - Trampın müşaviri niyə gəlir?

img

31-12-2018 [15:15]


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton 2019-cu il yanvarın 8 və 9-da Türkiyəyə səfər edəcək.  

Bu barədə "CNN Turk" telekanalı məlumat yayıb. 

Dekabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirmişdir ki, C.Bolton Türkiyəyə Yeni ildən sonra səfər edəcək və Türkiyənin rəsmi şəxsləri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək. 

Öz növbəsində, dekabrın 28-də C.Bolton bəyan etmişdir ki, yanvarda Türkiyə və İsrailə səfəri zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin növbəti mərhələsini müzakirə edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA