İsrailin təhlükəsizlik qüvvələri bu il 6489 fələstinlini saxlayıb - Hesabat

img

30-12-2018 [11:40]


 İsrailin təhlükəsizlik qüvvələri 2018-ci ilin əvvəlindən keçirdiyi reyd və əməliyyatlar zamanı 6489 fələstinlini saxlayıb.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, onlardan 1063 nəfəri uşaq və yeniyetmələr, həmçinin 140-ı qadınlardır. Saxlanılanlar arasında 6 deputat, 38 jurnalist də var. Fələstinlilər İsrailin 22 həbsxanasında və müvəqqəti təcridxanasında saxlanılırlar.

Sənəddə həmçinin qeyd edilir ki, İsrailin həbsxanalarında müddətli cəza çəkənlərin sayı 6 min nəfərə çatıb. Onlardan 34-ü onkoloji xəstəliklərdən əziyyət çəkirlər. Fələstinli məhbusların 250 nəfəri yeniyetmələr, 54-ü qadınlardır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA