Lukaşenko Putinlə görüşdə: "Mən daha artığını deyəcəyəm..."

img

25-12-2018 [18:03]


 Moskva və Minsk köhnə problemləri yeni ilə keçirməmək üçün mübahisəli energetika məsələləri ilə bağlı razılaşa bilər.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada Rusiya dövlət başçısı Vladimir Putin ilə görüşdə bildirib.

"Elə indicə razılışa biləcəyimizi söylədiniz. Mən daha artığını deyəcəyəm: həqiqətən, razılaşma əldə oluna bilər, çünki buradakı komandalar artıq bir sıra danışıqlar aparıblar, onlar problemi bilirlər. Təbii ki, bu problemləri həll etməyi, onları yeni ilə daşımamağı istəyirik. Çünki köhnə problemlərin yeni ilə keçməsi pis haldır", - A.Lukaşenko deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA